Satılır 5 otaqlı həyət evi/bağ evi 145 m², Şüvəlan q.
🔥 Eksklüziv təklif!
Şüvəlanda Mirmöhsün Ağa ziyarətgahından aşağı 200 metr, dənizə 5 dəqiqəlik məsafədə, elit və çox sakit məhlədə 4 mövsüm yaşana biləcək bağ evi.
🌳 Yerləşmə və Həyət Üstünlükləri:
🔹 Ev əsas yoldan 50 metr içəridə yerləşir, hansısa uzaq dalanlarda və ya yüksəkgərginlikli kabel altında deyil. Evin düz qarşısında park salınması gözlənilir.
🔹 Evin dörd bir tərəfindən hava işləyir (hasarla iki metr və daha çox arası var)
🔹 Evin həyətinin qarşısında 5-6 maşınlıq yer var və yalnız iki qonşuya aiddir, yəni həyətdə maşın saxlamağa ehtiyac yoxdur.
🔹 Həyətə IP kamera ilə nəzarət olunur. Telefonla istənilən yerdən nəzarət etmək olur.
🔹 Həyətin qapısı bahalı avtomatik darvazadır və pultla idarə olunur.
🔹 Həyətdə müasir motorxanası olan 3x7 metr ölçüsündə hovuz, bahalı rattan mebellə təchiz olunmuş söhbətgah, yay mətbəxi və manqalxana, həyət sanuzeli vardır.
🔹 Ən əsası ev və həyət (hovuz, sanuzel və s.) bu ərazidəki əksər bağ evlərindən fərqli olaraq kanalizasiya sisteminə qoşulmuşdur (şambo deyil). Həmçinin şirin su ilə təchiz olunmuşdur.
🔹 Həyətdə müxtəlif qiymətli dekorativ və meyvə ağacları, qazon örtüyü, güllər vardır.
🔹 2 tonluq su çəni vardır. İşıq, su və qaz daimidir.
🏠 Evin Xüsusiyyətləri və Təchizatı:
🔹 3 sot torpaqda, 145 kvadrat metr ikimərtəbəli bağ evi yüksək keyfiyyətlə tikilmişdir.
🔹 Planlama: 5 otaq (3 yataq, 1 qonaq otağı, 1 əlavə otaq), 1 mətbəx, 3 sanuzel.
🔹 İsitmə: Birinci mərtəbə keromaqranit və isitməli döşəmə sistemidir. 32 kVT kombi sistemi ilə təchiz olunmuşdur.
⚠️ Tam Əşyalı Satılır: Bahalı mebellər (qonaq yataq, uşaq, və s.), 2-3 ay istifadə olunmuş yeni LG Soyuducu, LG Paltaryuyan, Bosch qabyuyan, Televizor.
📄 Sənədlər və Satış Şərtləri:
✅ Sənəd: Paket kupçadır (evin və torpağın çıxarışı, həmçinin texpasportu var), rahatlıqla addan-ada keçiriləcək.
✅ Qarşıdan gələn mövsümdə alıb yüksək qiymətə kirayə vermək istəyən şəxslər üçün də əla fürsətdir. Bu ərazidə bu qiymətə 2 mərtəbəli və tam təchiz olunmuş ev tapmaq çətin məsələdir.
✅ Öz evimdir, öz yaşayışımız üçün düzəldilib, satış məqsədimiz olmayıb, köçlə əlaqədar təcili satılır. Real alıcı ilə qiymətdə razılaşmaq olar.
❗ Real müştərisi olan vasitəçilərlə razılaşma əsasında əməkdaşlıq etmək olar.